İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək
13 Aug 2026, 17:15
25 baxış
Admin
İspaniya Superkubokunun oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
Turnir fevralın 2-dən 7-dək Atatürk Olimpiya Stadionunda təşkil olunacaq. Mövcud formata əsasən, turnirdə “Real Madrid”, “Barselona”, “Real Sosyedad” və “Atletiko Madrid” iştirak edəcəklər.
Yarımfinal mərhələsində rəqiblərinə qalib gələn iki komanda finalda qarşılaşacaq.
Mənbə:
news24.az