Digər

Daha maşınları robotlar park edəcək

13 Aug 2026, 15:00 22 baxış Admin
Daha maşınları robotlar park edəcək

“Hyundai” avtomobilləri sürücüsüz şəkildə park edən yeni robot sistemini sınaqdan keçirir.
“Bakupost” xəbər verir ki, sistem avtomobili altından qaldıraraq park yerinə aparır. Robotlar “LiDAR” sensorları vasitəsilə ətrafı tanıyır və 3,4 tona qədər ağırlığı olan avtomobilləri daşıya bilir.
Yeni texnologiya avtomobillərin bir-birinə daha yaxın yerləşdirilməsinə imkan verəcək. “Hyundai” mövcud parkinqlərin tutumunu 20-50% artırmağı və park zamanı baş verən qəzaları azaltmağı hədəfləyir.
Sistem ilk olaraq Cənubi Koreyanın Siheung bölgəsindəki yaşayış kompleksinin yeraltı parkinqində sınaqdan keçiriləcək.
Vüsalə Hüseynova,BakuPost


Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər