Kosmik möcüzə Xaçmazda: Səmanın qaranlığını
13 Aug 2026, 13:30
23 baxış
Admin
Gecə saatlarında Xaçmaz rayonunda meteor yağışı müşahidə edilib. Sakinlər səmanın ecazkar mənzərəsinin şahidi olublar.
"Bakupost" xəbər verir ki, kosmik mənzərəni izləyənlər ulduz axını kimi görünən bu təbii prosesi kameraya qeyd etməyi bacarıblar.
İşıqlı izlər buraxaraq sürətlə hərəkət edən meteorlar gecə səmasına xüsusi gözəllik qatıb. Astrofizika həvəskarları və yerli sakinlər tərəfindən maraqla qarşılanan bu anlar bölgədə yaşayanlar üçün unudulmaz təəssürat yaradıb.
Həmin görüntüləri təqdim edirik:
Günel,BakuPost
Mənbə:
bakupost.az