Cəmiyyət

Qəzada həlak olan AAYDA əməkdaşının -

12 Aug 2026, 23:28 28 baxış Admin
Qəzada həlak olan AAYDA əməkdaşının -

Bakı-Quba avtomobil yolunda, Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Shachman” markalı yük avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Mitsubishi” markalı minik maşını toqquşub.
Qəza nəticəsində “Mitsubishi” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
O, iş başında olarkən iki yük maşınının arasında qalıb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.
Hadisədə həlak olan AAYDA əməkdaşı Nəsib Tahirovun fotosunu təqdim edirik:

Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər