Cəmiyyət

Bakıya uçan təyyarə məcburi eniş etdi -

12 Aug 2026, 21:44 20 baxış Admin
Bakıya uçan təyyarə məcburi eniş etdi -

Tyumendən Bakıya uçan “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki səbəbdən planlaşdırılmamış şəkildə Ufaya eniş edib.



"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“Avqustun 12-də yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə 20:15) “Ufa” beynəlxalq hava limanında “Utair” aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib. Marşrutdan kənara çıxma ekipajın qərarı ilə texniki səbəbdən baş verib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, təyyarə normal rejimdə eniş edib.
Nəqliyyat prokurorluğu nəzarət tədbirləri həyata keçirir və sərnişinlərin hüquqlarına əməl olunmasına nəzarət edilir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər