Dünya

Dünya bu görüntüdən danışır: körpəni dağıntılar altından belə xilas etdilər – VİDEO

12 Aug 2026, 20:34 23 baxış Admin
Dünya bu görüntüdən danışır: körpəni dağıntılar altından belə xilas etdilər – VİDEO

Xəbər verdiyimiz kimi, Kolumbiyada güclü zəlzələ olub və dağıntılar qeydə alınıb.

News24.az xəbər verir ki, dağıntılar altından insanların axtarışları davam etdirilir.

Sosial şəbəkələrdə dağıntılar altından xilas edilən körpənin görüntüləri yayılıb. Məlumata görə, xilasedicilər körpənin ağlayış səsini eşidib və səs gələn istiqamətdə axtarış apararaq körpəni xilas edə biliblər və aidiyyəti üzrə təhvil veriblər.

Bildirilir ki, körpənin anası hələ də itkin düşmüş hesab olunur.

Xatırladaq ki, avqustun 10-da Kolumbiyada 7,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 200-dən çox insan həyatını itirib. Dağıntılar altından sakinlərin axtarışları aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər