Dünya

Hiroşimada 80 illik sirr: Bu metalın nə olduğu bilinmir

12 Aug 2026, 19:30 25 baxış Admin
Hiroşimada 80 illik sirr: Bu metalın nə olduğu bilinmir

1945-ci ildə Hiroşimaya atılan atom bombasından sonra daha əvvəl elmə məlum olmayan metal ərintisinin yarandığı müəyyən edilib.
“Bakupost” xəbər verir ki, alimlər Xorasima körfəzinin sahil qumlarından götürülən mikroskopik şüşə parçalarının içində yeni metal ərintisi aşkarlayıblar.
Tədqiqatçılar hesab edir ki, ərinti nüvə partlayışının yaratdığı odlu kürənin daxilində, 7 min dərəcədən yuxarı temperaturda formalaşıb. Partlayışdan sonra maddələrin saniyələr ərzində sürətlə soyuması nəticəsində yeni quruluşun yarandığı ehtimal edilir.
Alimlər müəyyən ediblər ki, ərinti dəmir, xrom, nikel, manqan, molibden, silisium və alüminiumdan ibarətdir. Bu elementlər paslanmayan poladda da mövcuddur, lakin aşkar edilən ərintinin daxili quruluşu əvvəllər məlum olan heç bir maddəyə uyğun gəlmir.
Mütəxəssislər hesab edir ki, bu kəşf nüvə partlayışlarının normal şəraitdə Yer üzündə yaranması mümkün olmayan yeni maddələr formalaşdıra biləcəyini göstərir.
Vüsalə Hüseynova,BakuPost


Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər