Dünya

Xameneinin ictimaiyyətin diqqətindən kənarda qalmasının səbəbi məlum oldu

12 Aug 2026, 16:13 22 baxış Admin
Xameneinin  ictimaiyyətin diqqətindən kənarda qalmasının səbəbi məlum oldu

İranın Ali Rəhbəri Müctəba Xameneinin son vaxtlar ictimaiyyət qarşısında az görünməsinin səbəbi açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə "PBS" telekanalı məlumat yayıb. Belə ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Baş Komandanının müşaviri Məhəmməd Rza Nəqdi bunun ABŞ-dan gələn təhdidlər fonunda təhlükəsizlik məsələləri ilə bağlı olduğunu bildirib.

Jurnalistin Xameneinin ictimaiyyət qarşısında niyə görünməməsi ilə bağlı sualını cavablandıran Nəqdi “Təbii ki, bu, təhlükəsizlik məsələsi ilə bağlıdır”, – deyə cavab verib.

Onun sözlərinə görə, Müctəba Xamenei bu strategiyanı ABŞ-ın “cinayətkar olduğu və heç bir qanuna hörmət etmədiyi” qənaəti ilə həyata keçirir. Bununla yanaşı, Nəqdi jurnalistin İranın yeni Ali rəhbəri ilə şəxsən görüşüb-görüşmədiyi barədə sualını cavabsız qoyub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər