" Xamenei ağır vəziyyətdə deyil, ölüdür" - İddia
10 Aug 2026, 11:42
21 baxış
Admin
İranın ali rəhbəri Müctəba Xameneinin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və o, martın ortalarından etibarən həlak olub.
News24.az xəbər verir ki, bu sözləri britaniyalı siyasi fəal və analitik Nikolas Lisak “X” hesabında yazıb.
“Müctəba Xamenei ağır vəziyyətdə deyil. O, martın ortalarından etibarən ölüdür. Bütün bu tamaşa sadəcə SEPAH-ın onun ölümünü təsdiqləmək və lider yerinə daha radikal bir mühafizəkarı gətirmək məqsədi daşıyan həyasız planıdır. Rejim süqut edəcək. İran azad olacaq!”, - deyə Lisak iddia edib.
Mənbə:
news24.az