Mədəniyyət

Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi - FOTOLAR

10 Aug 2026, 11:48 32 baxış Admin
Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi  - FOTOLAR

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

News24.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış ictimaiyyət nümayəndələri, mərhum şairin qələm dostları, ailə üzvləri və media mənsubları iştirak ediblər.

Vida mərasimində çıxış edənlər Çingiz Əlioğlunun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, zəngin ədəbi və ictimai fəaliyyətindən danışıblar.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Çingiz Əlioğlunun yarım əsrlik ədəbi fəaliyyəti gələcəkdə ciddi araşdırmalar üçün mühüm mənbə olacaq.

Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu deyib. O, şairin vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndirib.

Yazıçı Seyran Səxavət isə Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu vurğulayıb.

Mərasimin sonunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

Xanım Cavanşirqızı

Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər