Dünya

Ukrayna Tatarıstanı vurdu - Ölənlər var

10 Aug 2026, 10:03 75 baxış Admin
Ukrayna Tatarıstanı vurdu - Ölənlər var

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə hücumu nəticəsində dinc sakinlər həlak olub.

News24.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbəri Rustam Minnixanov məlumat yayıb.

Açıqlamada bildirilib ki, avqustun 10-da səhər saatlarında Tatarıstan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumlarına məruz qalıb.

“Hazırda Nijnekamsk şəhərinə kütləvi hücum davam edir. Təəssüf ki, ölənlər var”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, hücumların hədəfində həm istehsal müəssisələri, həm də mülki obyektlər olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər