Dünya

Rusiyada qızıl yatağında partlayış oldu - Ölən və yaralananlar var

10 Aug 2026, 09:08 26 baxış Admin
Rusiyada qızıl yatağında partlayış oldu - Ölən və yaralananlar var

Rusiyanın Kamçatka vilayətində - “Asaçinski” qızıl yatağında partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yaralıların vəziyyətinin stabil-ağır olduğu bildirilib.Hazırda xəsarət alan şəxslərin yerüstü və ya hava nəqliyyatı ilə təxliyə edilməsi məsələsi həll olunur.

Qeyd edək ki, “Asaçinski” qızıl yatağı Cənubi Kamçatka rayonunun əsas qızıl yataqlarından biri hesab olunur. Yataq Petropavlovsk-Kamçatskidən 160 kilometr məsafədə yerləşir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər