Dünya

Husilər Qırmızı dənizə hücum etdi

09 Aug 2026, 15:48 26 baxış Admin
Husilər Qırmızı dənizə hücum etdi

"Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dəniz sahilindəki Moxa limanına zərbələr endiriblər.

News24.az xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

"Husi dəstələri Moxa limanına raketlər və pilotsuz uçuş aparatları ilə hücum ediblər", - məlumatda bildirilir.

Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və hökumət qüvvələrinin nəzarəti altındadır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər