Dünya

Baydenlə bağlı kədərli xəbər – oğlu atasının vəziyyətindən danışdı

08 Aug 2026, 21:03 27 baxış Admin
Baydenlə bağlı kədərli xəbər – oğlu atasının vəziyyətindən danışdı

ABŞ-nin sabiq Prezidenti Co Baydenin prostat xərçəngi ilə bağlı səhhətində pisləşmə olduğu açıqlanıb.

News24.az xəbər verir ki, Hanter Bayden BBC-yə müsahibəsində atasının xəstəliyinin sümüklərə metastaz verdiyini bildirib.

“Xərçəng yayılıb, sümüklərə metastaz verib və daha da irəliləyib. Bu, çox ağrılıdır və onun vəziyyətinə ciddi təsir göstərir”, – o deyib.

Xatırladaq ki, Co Bayden 2025-ci ilin mayında aqressiv prostat xərçənginə tutulduğunu açıqlayıb. Keçmiş prezident daha sonra beş həftə şüa terapiyası müalicəsi alıb. Həmin ilin sentyabrında dəri xərçəngi səbəbilə əməliyyat keçirib.

Cill Bayden isə iyunda “NBC News”a açıqlamasında xəstəliyin sümüklərə yayıldığını və həyat yoldaşının xərçənglə ömrünün sonuna qədər mübarizə aparacağını söyləyib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər