ABŞ-la razılaşma üçün ən yaxşı vaxtdır - Pezeşkian
08 Aug 2026, 20:28
26 baxış
Admin
İran ilə ABŞ arasında razılaşmanın əldə edilməsi üçün fürsət yaranıb.
Bakupost ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Bəzən razılaşma əldə etməyin zəruriliyi barədə danışırlar və mən hesab edirəm ki, indi bunun üçün ən yaxşı vaxtdır, çünki ölkədə həmrəylik, güc və birlik müşahidə olunur", - o qeyd edib.
Pezeşkianın fikrincə, İran müharibədə qalib tərəf kimi qəbul olunur.
Mənbə:
bakupost.az