Digər

Pəhriz saxlayanlar buna görə kökəlir

07 Aug 2026, 19:31 3 baxış Admin
Pəhriz saxlayanlar buna görə kökəlir

Alimlər müəyyən ediblər ki, pəhrizdən sonra insanların yenidən çəki yığmasının əsas səbəbi iradə zəifliyi deyil, beynin işləmə mexanizmidir.

News24.az xəbər verir ki, beyin əvvəllər olan ən yüksək çəkini orqanizm üçün normal hesab edir və bədəni yenidən həmin çəkiyə qaytarmağa çalışır.

Tədqiqatı aparan alimlər bildiriblər ki, qədim dövrlərdə çəki itirmək aclıq təhlükəsinin əlaməti olub.

Buna görə də beyin yağ ehtiyatlarını qorumaq üçün xüsusi müdafiə mexanizmləri formalaşdırıb.

Müasir dövrdə isə bu mexanizm arıqlamağa mane olur.

İnsan arıqladıqda aclıq hormonu olan qrelinin səviyyəsi artır, yağlı və şirin qidalara meyl güclənir, orqanizmin enerji sərfiyyatı azalır.

Nəticədə beyin bioloji yaddaş vasitəsilə bədəni əvvəlki çəkiyə qaytarmağa çalışır.

Alimlərin fikrincə, bu mexanizm "Ozempik", "Wegovy", "Mounjaro" kimi arıqlama preparatlarının təsirini də izah edir.

Bu dərmanlar iştahanı azaldaraq çəkinin enməsinə kömək etsə də, qəbul dayandırıldıqdan sonra beynin təbii mexanizmləri yenidən aktivləşir və itirilmiş çəki geri qayıda bilər.

Tədqiqat müəllifləri vurğulayıblar ki, piylənmə ilə mübarizə yalnız dərmanlarla məhdudlaşmamalıdır.

Uzunmüddətli nəticə əldə etmək üçün sağlam qidalanma, müntəzəm fiziki aktivlik və sağlam həyat tərzini dəstəkləyən mühitin yaradılması böyük əhəmiyyət daşıyır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər