İdman

İkardi “Qalatasaray”dan sonra axtardığını tapa bilmədi: Gözlənilməz maaş təklifi

07 Aug 2026, 15:30 4 baxış Admin
İkardi “Qalatasaray”dan sonra axtardığını tapa bilmədi: Gözlənilməz maaş təklifi

“Qalatasaray”la 4 illik macərasına son qoyan Mauro İkardinin karyerasını harada davam etdirəcəyi hələlik bəlli deyil.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, argentinalı hücumçunun Cənubi Amerikaya qayıtmağa hazırlaşdığı, lakin gözlədiyi səviyyədə təkliflər ala bilmədiyi bildirilir. Məlumata görə, İkardi üçün hazırda Argentina futbolundan gələn yalnız bir rəsmi təklif var.
“Platense” klubu təcrübəli hücumçunu heyətinə qatmaq istəyir. Klubun bu addımı xüsusilə Libertadores Kubokunun 1/8 final mərhələsi öncəsi atmaq istədiyi qeyd olunur. “La 100” radiosunun yaydığı məlumata əsasən, “Platense”nin İkardiyə təklif etdiyi aylıq maaş 30 min dollardır. Bu məbləğ İkardinin Türkiyədə qazandığı gəlirlə müqayisədə kifayət qədər aşağıdır. Argentinalı futbolçunun “Qalatasaray”dakı son dönəmində illik təxminən 10 milyon avro qazandığı bildirilir. Beləliklə, uzun müddət Avropanın diqqət mərkəzində olan İkardinin “Qalatasaray”dan sonrakı ünvanı hələ də sual olaraq qalır. Hazırda isə onun üçün ən konkret variantın Argentina klubu “Platense” olduğu görünür.
Röya Rizvanzadə,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər