“Alphabet” süni intellektə 205 milyard dollar xərcləyəcək
07 Aug 2026, 15:43
3 baxış
Admin
“Google”ın ana şirkəti “Alphabet” süni intellekt sahəsində artan investisiyalarını maliyyələşdirmək üçün yenidən istiqraz bazarına çıxmağa hazırlaşır.
“Bakupost” xəbər verir ki, şirkət investisiya səviyyəli istiqraz buraxılışı vasitəsilə on milyardlarla dollar cəlb etməyi planlaşdırır.
Məlumata görə, “Alphabet” 2026-cı il üzrə kapital xərcləri planını 205 milyard dollara yüksəldib. Bu vəsait əsasən süni intellekt infrastrukturu və məlumat emalı mərkəzlərinin genişləndirilməsinə yönəldiləcək.
Bildirilir ki, süni intellektə ayrılan böyük həcmdə vəsait şirkətin sərbəst pul axınına təsir göstərdiyindən, “Alphabet” əlavə maliyyə mənbəyi kimi istiqraz bazarına üz tutub.
Ekspertlər hesab edirlər ki, şirkətin süni intellektə yatırımlarını yaxın dövrdə azaldacağına dair hər hansı əlamət görünmür.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az