Maraqlı

Həkim təhlükəli qida əlavələri ilə bağlı xəbərdarlıq etdi

06 Aug 2026, 20:30 2 baxış Admin
Həkim təhlükəli qida əlavələri ilə bağlı xəbərdarlıq etdi

Həkim Olqa Titarenko bəzi qida əlavələrinin qaraciyər və böyrəklərə ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, yüksək dozada yaşıl çay ekstraktı, arıqlama məqsədilə istifadə olunan bəzi bitki tərkibli əlavələr və müəyyən sakitləşdirici vasitələr qaraciyərin zədələnməsi riskini artıra bilər.

Həkim bildirib ki, gündə 2000 milliqramdan çox C vitamini qəbulu böyrəklərdə oksalat daşlarının yaranmasına səbəb ola bilər. A vitamininin həddindən artıq qəbulu isə qaraciyər üçün zəhərlidir və xüsusilə hamilə qadınlar üçün təhlükə yaradır.

Titarenko əlavə edib ki, qida əlavələri bəzi dərmanlarla birlikdə qəbul edildikdə təhlükəli fəsadlara səbəb ola bilər. Xüsusilə qan durulducu preparatlarla omeqa-3 və ya sarımsaq tərkibli əlavələrin birlikdə istifadəsi qanaxma riskini artıra bilər.

Həkim vurğulayıb ki, qida əlavələrindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Qaraciyər və böyrək xəstəlikləri olan şəxslər, hamilə və əmizdirən qadınlar, uşaqlar və əməliyyata hazırlaşan xəstələr bu məhsullardan istifadə zamanı daha ehtiyatlı olmalıdırlar.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər