Digər

Alimlər: COVID-19 gizli virusları yenidən aktivləşdirə bilər

06 Aug 2026, 15:22 1 baxış Admin
Alimlər: COVID-19 gizli virusları yenidən aktivləşdirə bilər

ABŞ-nin Texas Universitetinin alimləri COVID-19-un orqanizmdə uzun müddət hərəkətsiz qalan bəzi virusları yenidən aktivləşdirə biləcəyini müəyyən ediblər.

News24.az xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya əsasən, ağır COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1154 xəstə üzərində aparılan tədqiqat zamanı iştirakçıların təxminən yarısında ən azı bir hərəkətsiz virusun yenidən aktivləşdiyi müşahidə olunub.

Araşdırmada ən çox Epstein-Barr virusu (EBV), sitomeqalovirus (CMV) və anellovirusların aktivləşdiyi müəyyən edilib. Alimlərin sözlərinə görə, EBV və CMV-nin yenidən aktivləşməsi COVID-19-un daha ağır keçməsi ilə əlaqəli olub.

Tədqiqatçılar qeyd ediblər ki, əldə olunan nəticələr bu virusların xəstəliyin ağırlaşmasına birbaşa səbəb olduğunu sübut etmir. Lakin onların COVID-19 zamanı immun sisteminin fəaliyyətinə təsir göstərə biləcəyi ehtimal edilir.

Alimlər gələcəkdə bu virusların yenidən aktivləşməsinin qarşısını alan antiviral müalicələrin uzunmüddətli COVID riskini azaldıb-azaltmadığını araşdırmağı planlaşdırırlar.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər