Siyasət

"Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar dayandırılmalıdır" - Ceyhun Bayramov

06 Aug 2026, 15:47 1 baxış Admin
"Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar dayandırılmalıdır" - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bildirib.

News24.az xəbər verir ki, nazir bu barədə Ukrayanaya rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə geniştərkibli görüşündə bəhs edib.

Görüş zamanı Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha vurğulanıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər