Cəmiyyət

Bu il 2800-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salındı

06 Aug 2026, 11:55 1 baxış Admin
Bu il 2800-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 2809 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.
"Bakupost" xəbər verir ki, həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub. Yollayışla təmin edilən uşaqlar həmin mərkəzlərə valideynlərindən birinin müşayiəti ilə yola salınıblar.
Qeyd edilən imtiyazlı şəxslər respublikamızın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun müalicə kursu keçiblər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər