"Beşiktaş" rəsmisi: "Salahı transfer etmək istəmirdik"
"Beşiktaş"ın prezidenti Serdal Adalı klubun Məhəmməd Salahın transferi ilə maraqlanmadığını bildirib.
News24.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Adalı bildirib ki, mediada və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir və "Beşiktaş" bu transfer uğrunda mübarizə aparmayıb.
"Salahı transfer etmək istəmirdik. Bu oyunçunu almadıq. Elə təəssürat yaradılır ki, sanki masada idik və başqa klub gəlib onu transfer etdi. Bu, doğru deyil", – deyə klub prezidenti vurğulayıb.
O, həmçinin bildirib ki, klub transfer çalışmalarını əvvəlcədən hazırlanan plana uyğun davam etdirir. Adalının sözlərinə görə, Leandro Trossard yaxın günlərdə komandaya qoşulacaq, digər transferlər isə növbəti həftələrdə rəsmiləşəcək.