Kriminal

Müəllimlərin yataqxana ərazisində yanğın - Video

05 Aug 2026, 15:43 2 baxış Admin
Müəllimlərin yataqxana ərazisində yanğın - Video

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisindəki açıq sahədə yanğın olub.

News24.az xəbər verir ki, hadisə Ozan küçəsində qeydə alınıb.

Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kv.m-ə yaxın hissəsində quru ot, kol və 20 ağac yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin üç yanğın söndürən avtomobili və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.

Edilən müdaxilə nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanan ağaclar əsasən küknar, şam, çinar ağaclarıdır.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər