Dünya

“Ford Otosan” gözləntiləri üstələdi: 6 aya 161 milyon manat

05 Aug 2026, 16:32 4 baxış Admin
“Ford Otosan” gözləntiləri üstələdi: 6 aya 161 milyon manat

“Ford Otosan” 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
“Bakupost” xəbər verir ki, şirkət hesabat dövründə təxminən 161,6 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici bazar gözləntisi olan təxminən 122,1 milyon manatı üstələyib.
Şirkətin satış gəlirləri isə təxminən 7,94 milyard manat təşkil edib. Bu, analitiklərin proqnozlaşdırdığı təxminən 7,57 milyard manatdan yüksək olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalma deməkdir.
“Ford Otosan” bildirib ki, daxili bazarda tələbin zəifləməsi və rəqabətin güclənməsi satışların azalmasına səbəb olub. İxrac gəlirlərində də geriləmə qeydə alınıb.
Şirkət 2026-cı il üzrə proqnozlarına da yenidən baxıb. Daxili bazardakı zəif tələbat səbəbindən satış və gəlirlə bağlı gözləntilər aşağı salınıb. Bununla yanaşı, istehsal və investisiya planlarında dəyişiklik edilməyib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər