İsraildə həbsxanaları timsahlar qoruyacaq
İsrailin ətraf mühitin mühafizəsi naziri ölkənin Təbiət və Parklar İdarəsinə İdit Silman Yerusəlim Dairə Məhkəməsinin qadağasına baxmayaraq, terrorçuların saxlanıldığı həbsxanaların ətrafında timsahların yerləşdirilməsi üçün saxlanma şərtlərinin hazırlanmasını sürətləndirməyi tapşırıb.
News24.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Portalın məlumatına görə, nazir rəhbərlik etdiyi İsrail Təbiət və Parklar İdarəsinə bununla bağlı rəsmi məktub göndərib.
"Təhlükəsizlik məqsədilə İsrail həbsxanalarında timsahların saxlanılmasının zəruri olduğuna əmin olduqdan sonra, bu müəssisələrdə timsahların saxlanılması şərtlərinin müəyyən edilməsini xahiş edirəm", – deyə sənəddə qeyd olunub.
Bu göstəriş Yerusəlim Dairə Məhkəməsinin timsahların həbsxanaların mühafizəsi məqsədilə daşınmasını qadağan edən qərarına baxmayaraq verilib.
Məhkəmə qərarında timsahların bu məqsədlə daşınmaması, eləcə də onların tapılması və daşınmaya hazırlanması ilə bağlı heç bir tədbirin görülməməsi tələb olunur.
“The Jerusalem Post” qəzetinin yazdığına görə, avqustun əvvəlində Yerusəlim Dairə Məhkəməsi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə terrorçuların həbsxanalarda mühafizəsi üçün timsahlardan istifadə etməyi qadağan edib.
Məhkəmə bu müvəqqəti qadağanı heyvanların müdafiəsi ilə məşğul olan “Let the Animals Live” təşkilatının müraciəti əsasında qəbul edib.
Ben-Qvir isə hakimləri terrorçuların tərəfini tutmaqda ittiham edib.
Nəşr bildirib ki, son bir neçə ay ərzində İsrail Təbiət və Parklar İdarəsinə milli təhlükəsizlik nazirliyinə təhlükəsizlik cinayətlərinə görə məhkum olunanların saxlanıldığı həbsxanaların xəndəklərində timsah yerləşdirməyə icazə verməsi üçün təzyiqlər göstərilib.
Məlumata əsasən, bu proqram çərçivəsində pilot layihənin İsrailin cənubundakı Ktsiot həbsxanasında başlanması planlaşdırılır.