Lənkəran Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı
03 Aug 2026, 21:30
2 baxış
Admin
Lənkəran Rayon Mərkəzi Xəstəxananın direktoru işdən çıxarılıb.
News24.az xəbər verir ki, direktor Nuridə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən azad olunub.
O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, N. Məmmədova 2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. Onun işdən uzaqlaşması ilə bağlı ərizəsini təqdim etməsi yaşayış yerini dəyişməsi göstərilir. (Qafqazinfo)
Mənbə:
news24.az