Maraqlı

Hər kəs istifadə edir, amma təhlükədən xəbərsizdirlər

03 Aug 2026, 21:44 3 baxış Admin
Hər kəs istifadə edir, amma təhlükədən xəbərsizdirlər

Portativ şarj cihazı (powerbanklar) adi enerji adapterinin təmin etdiyi qədər yüksək sürətli enerji doldurma imkanı vermir və onların istifadə müddəti məhduddur.

News24.az xəbər verir ki, sözügedən cihazların əsas çatışmazlıqları açıqlanıb.

İlk növbədə onların təhlükə yarada biləcəyi qeyd edilib.

Bildirilib ki, batareyanın ən kiçik zədəsi belə risklidir.

Nasaz cihaz elektrik cərəyanı vurmasına və yanğına səbəb ola bilər.

Mütəxəssislər istifadəçilərə batareyada şişmə, həddindən artıq qızma, qeyri-adi və ya kimyəvi qoxu kimi əlamətlərə diqqət yetirməyi tövsiyə ediblər.

Həmçinin qeyd olunub ki, portativ enerji yığıcılarının əksəriyyətində litium-ion və ya litium-polimer elementlərdən istifadə olunur.

Onlar təxminən 300–500 dəfə doldurulub-boşaldılmaq üçün nəzərdə tutulub.

Bundan sonra isə batareyanın tutumu əhəmiyyətli dərəcədə azalır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər