Yeni metro keçidi hansı ərazidə tikilir?
03 Aug 2026, 14:37
2 baxış
Admin
Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri binanın yaxınlığında aparılan işlərdən narahat olduqlarını bildiriblər.
Binanın komendantı kimi təqdim olunan İsa Talıblı isə bildirib ki, söhbət gedən ərazi binaya deyil, metro infrastrukturuna aiddir və aparılan işlərin yaşayış binasına hər hansı aidiyyəti yoxdur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən bildirilib ki, "Həzi Aslanov" stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, "Bakı Metropoliteni"nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.
Mənbə:
bakupost.az