İdman

“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

03 Aug 2026, 12:37 1 baxış Admin
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

“Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbağça”nın prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.

Tovuz təmsilçisindən News24.az-a verilən məlumata görə, tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və matçın sentyabrda - milli komandaların növbəti görüşləri ilə bağlı yaranacaq fasilə dövründə keçirilməsi qərara alınıb.

Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər