İdman

"Real Madrid"dən ayrılmağım məndə dərin iz buraxdı - Xabi Alonso

03 Aug 2026, 11:49 2 baxış Admin
"Real Madrid"dən ayrılmağım məndə dərin iz buraxdı - Xabi Alonso

"Çelsi"nin baş məşqçisi Xabi Alonso "Real Madrid"dən ayrılması ilə bağlı fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

"Xoşbəxtlikdən, məşqçilik karyeramla bağlı çox yara izim yoxdur. "Real Madrid"dən ayrılmağım məndə bir iz buraxdı, amma o, tədricən sağalır. Hazırda inanılmaz dərəcədə motivasiyalıyam və irəliləmək əzmindəyəm. Məyusluqlar insana öyrənməyə kömək edir," – deyə 44 yaşlı mütəxəssis bildirib.

Qeyd edək ki, Xabi Alonsonun "Çelsi" ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Alonso 2025-ci ilin mayından 2026-cı ilin yanvarınadək "Real Madrid"in baş məşqçisi olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər