Moskvadan Bakıya qonaq gəlmişdilər
03 Aug 2026, 10:30
9 baxış
Admin
Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.
"Bakupost" xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.
O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib:
"Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş".
Mənbə:
bakupost.az