Zakaria Savo 8 həftə yaşıl meydanlardan kənar qalacaq
02 Aug 2026, 21:23
2 baxış
Admin
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin MOİK (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.
Klubdan News24.az-a verilən məlumata görə, isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb.
Onun 8 həftə sonra meydançaya qayıtması gözlənilir.
Mənbə:
news24.az