Mədəniyyət

"Həm dost, həm ailə başçısı, həm də şair kimi özünü sübut etmişdi" - Anar

02 Aug 2026, 11:46 3 baxış Admin
"Həm dost, həm ailə başçısı, həm də şair kimi özünü sübut etmişdi" - Anar

“Bu itki Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün kədərli hadisədir”.

News24.az xəbər verir ki, bunu Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminə deyib deyib.

Onun sözlərinə görə, Nəriman Həsənzadə təkcə zəngin yaradıcılığı ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən şəxsiyyət idi:

“Mərhum şair ömrü boyu həm səmimi dost, həm qayğıkeş ailə başçısı, həm də söz sənətinə böyük töhfələr vermiş qələm sahibi kimi özünü təsdiqləyib. Nəriman Həsənzadə çox gözəl şair və çox ağıllı insan idi. O, həm dost kimi, həm ailə başçısı kimi, həm də şair kimi özünü sübut etmişdi. Son günlərə qədər onunla telefonla danışırdım. Bu, çox kədərli hadisədir. Azərbaycan ədəbiyyatı ağır itki ilə üzləşib”.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər