"Kəpəz"dən yeni transfer
30 Jul 2026, 18:26
15 baxış
Admin
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
News24.az xəbər verir ki, klubdan verilən məlumata görə, komanda bu dəfə Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib.
26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq “Şamaxı”da çıxış edən Rafael Məhərrəmli ötən mövsüm Premyer Liqada 16 oyun keçirib.
Mənbə:
news24.az