Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM
29 Jul 2026, 20:23
13 baxış
Admin
Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü olub.
Eyni zamanda Xarici İşlər Nazirliyi sistemində, o cümlədən BMT yanında daimi nümayəndəlikdə və nazirliyin digər strukturlarında diplomatik fəaliyyət göstərib.
Mənbə:
bakupost.az