Digər

Hamının gözü FES-də: Faizlər artacaqmı?

29 Jul 2026, 12:42 14 baxış Admin
Hamının gözü FES-də: Faizlər artacaqmı?

ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu gün açıqlayacağı faiz qərarı qlobal bazarların diqqət mərkəzindədir.
“Bakupost” xəbər verir ki, bazarlar FES-in uçot dərəcəsini sabit saxlayacağını gözləsə də, gözlənilməz faiz artımı ehtimalını da istisna etmir.
Məlumata görə, FES rəsmiləri inflyasiya təzyiqlərinin azalacağını nəzərə alaraq bu il faiz dərəcələrini dəyişməyib. Bununla belə, inflyasiyanın 2 faizlik hədəfə çatması üçün daha sərt pul siyasətinə ehtiyac yarana biləcəyi ilə bağlı narahatlıqlar artır.
Bəzi ekspertlər FES-in faiz dərəcəsini sabit saxlayacağını proqnozlaşdırsalar da, inflyasiya riskləri səbəbindən bəzi FES rəsmilərinin qərara etiraz edə biləcəyi də istisna edilmir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər