Cəmiyyət

Nazim Həsənzadə: “Atamın vəziyyəti yenidən ağırlaşıb”

28 Jul 2026, 10:47 3 baxış Admin
Nazim Həsənzadə: “Atamın vəziyyəti yenidən ağırlaşıb”

Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb.
"Bakupost" xəbər verir ki, bu barədə Oxu.Az-a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib.
O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib.
“Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffüs aparatına qoşdular. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. İnşallah, yaxşı olar”, – deyə Nazim Həsənzadə bildirib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər