Latviya Rusiyaya etiraz notası təqdim etdi
24 Jul 2026, 20:22
19 baxış
Admin
Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb.
News24.az xəbər verir ki, bu barədə Latviyanın xarici siyasət idarəsinin bəyanatında bildirilib.
Diplomatın çağırılmasına səbəb Ukraynanın Slavyansk şəhərinə endirilən və Latviyanın fəxri konsulluğunun binasının zədələnməsi ilə nəticələnən Rusiya zərbəsidir.
Latviya Xarici İşlər Nazirliyindən bildirilib ki, hücum nəticəsində Latviyanın Slavyanskdakı fəxri konsulu Aleksandr Pavenko xəsarət almayıb, lakin konsulluğun iki əməkdaşı yaralanıb. (Report)
Mənbə:
news24.az