Dünya

Boşanma milyonlara başa gəldi: Rekord məbləğdə təzminat

24 Jul 2026, 17:31 20 baxış Admin
Boşanma milyonlara başa gəldi: Rekord məbləğdə təzminat

Cənubi Koreya Ali Məhkəməsi "SK Group" şirkətinin sədri Çoi Tae-vonun boşanma işi üzrə keçmiş həyat yoldaşı Noh So-yeona 944 milyard von (təxminən 640 milyon ABŞ dolları) təzminat ödəməsinə qərar verib.

News24.az xəbər verir ki, onların münasibətləri 2015-ci ildə Çoi Tae-vonun nikahdankənar münasibətini etiraf etməsindən sonra pozulub.

Noh So-yeon boşanma zamanı milyarderin sərvətinin yarısını tələb etsə də, məhkəmə şirkət səhmlərinin bölüşdürülməsinə qərar verməyib. Buna baxmayaraq, təzminat məbləği Cənubi Koreya tarixində ən böyük boşanma ödənişlərindən biri hesab olunur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər