Cəmiyyət

Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı

16 Jul 2026, 11:32 20 baxış Admin
Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 23 yaşlı şəxs dənizdə batıb.
Bu barədə "Bakupost"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər