"Yazırlar ki, "nə boydadır?"
16 Jul 2026, 10:30
22 baxış
Admin
Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb.
"Çox adam paylaşdığım videoda yazır ki, "Ay, bu nə boydadır?". Bəli, o boyda olmasam, mən niyə arıqlamağa çalışım ki? İnsan çalışır həmişə qəşəng geyinsin, ört-basdır etsin. Amma bu, sağlamlığa toxunanda artıq sən anlayırsan. 100 metr gedən kimi təngnəfəslik başlayır. Əvvəl 5 mərtəbəni qalxırdım, 4-cü mərtəbədə təngnəfəs olurdum. Amma indi buna 1 mərtəbə qalxmaq da bəs edir. Ürəyimdə də bunu hiss edirəm. Ay effekt, gözəllik... Bax, Aytən Səfərova, bu budur. Ən yaxşısı sağlamlıqdır".(axsam.az)
Mənbə:
bakupost.az