44 yaşlı müəllim vəfat etdi
15 Jul 2026, 19:35
16 baxış
Admin
Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayeva vəfat edib.
“Bakupost” "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, 44 yaşında beyin qansızması nəticəsində dünyasını dəyişib.
K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.
Mənbə:
bakupost.az