Zeynəbin axtarışları hələ də davam edir
14 Jul 2026, 16:18
20 baxış
Admin
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Nazirliyin Mətbuat xidmətindən "Bakupost"a verilən məlumata görə, axtarışlar FHN-in Aviasiya dəstəsinin, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Mənbə:
bakupost.az