İlham Əliyev: Şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
14 Jul 2026, 11:01
23 baxış
Admin
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Qarabağın bərpasında fəal iştirakından şad olduğunu deyib.
News24.az-ın məlumatına görə, dövlət başçısı iyulun 14-də Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatlarla çıxışı zamanı qeyd edib ki, bu gün iki ölkə arasındakı siyasi əlaqələr çox yüksək səviyyədədir.
Prezident vurğulayıb ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir:
"2024-cu ildə biz strateji tərəfdaşlığa dair bəyannamə imzalamışıq. Bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layhələrin icra edilməsi güclü siyasi iradə tələb edir".
Mənbə:
news24.az