Cəmiyyət

Sabah leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

13 Jul 2026, 17:48 18 baxış Admin
Sabah leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrində hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər