Cəmiyyət

Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

13 Jul 2026, 16:55 16 baxış Admin
Sabah rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək.

Bu barədə News24.az- a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər