İdman

500-dən çox körpəyə onun adı verildi

11 Jul 2026, 19:25 27 baxış Admin
500-dən çox körpəyə onun adı verildi

2026-cı il Dünya Çempionatı günlərində Peruda yeni doğulan 500-dən çox körpəyə Norveç milli futbol komandasının hücumçusu Erlinq Halandın adı verilib.

News24.az xəbər verir ki, 468 körpəyə Haland, daha 91 körpəyə isə Erling Haland adı verilib. Bu adlarla doğulan körpələrin əksəriyyəti dünya çempionatı başladıqdan sonra doğulublar. Onların sayı Norveç dörddəbir finala yüksəldikdən sonra artıb.

25 yaşlı Haland "Mançester Siti"də oynayır. O, dünya çempionatında yeddi qol vurub. (Teleqraf)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər