Azərbaycanlı futbolçu “Herta” ilə müqavilə imzaladı
09 Jul 2026, 18:44
24 baxış
Admin
Azərbaycanlı futbolçu Raul Süleymanov Almaniyanın “Herta” klubu ilə yeni müqavilə imzalayıb.
News24.az xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Azərbaycanın U-21 millisinin üzvü II Bundesliqa təmsilçisi ilə ilk peşəkar sözləşməsinə imza atıb.
Qeyd edək ki, Raul Süleymanov 2022-ci ilin yayından “Herta”nın akademiyasında çıxış edir.
Mənbə:
news24.az