İdman

“Zirə” Konfrans Liqasında böyük hesablı qələbə qazandı

08 Jul 2026, 23:32 24 baxış Admin
“Zirə” Konfrans Liqasında böyük hesablı qələbə qazandı

Bu gün “Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.

News24.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edib.

Görüş saat 20:00-da start götürüb.

Qəsəbə təmsilçisi cütün taleyini böyük ölçüdə həll edib. Qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da baş tutacaq.

20:00. “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan) 3:0 (apasport)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər